Sen 16, 2018 14:37 Asia/Baku
  • Dallasda etiraz aksiyası
    Dallasda etiraz aksiyası

Amerikanın Texas ştatının Dallas sakinləri ağdərili polis zabitinin qaradərili bir kişinin mənzilinə daxil olaraq onu güllə ilə qətlə yetirməsinə etiraz olaraq aksiya keçiriblər.

NBC Nyus telekanalının verdiyi məlumata görə, aksiyaçılar dünən gecə Dallasda küçələrə axışıblar və 30 yaşlı ağdərili qadın polisin 26 yaşlı qaradərili iş adamını qətlə yetirməsin etiraz ediblər. 

Aksiyaçılar çoxsaylı polis qüvvələri ilə əhatə olunub. 

Dalas sakinləri 11 sentyabrda da bu hadisəyə qarşı aksiya keçirmişdilər. 

Ağ dərili polis 6 sentyabrda səhvən qonşusunun mənzilinə daxil olub və onu güllələyərək öldürüb. 

Ağdərili polis ilk öncə həbs edilmiş olsa da sonra zəmanətlə azad edilib. 

Teqlər