Sen 17, 2018 09:50 Asia/Baku
  • Sank Peterburqda aksiya
    Sank Peterburqda aksiya

Təqaüd yaşının artırılmasına etiraz edən yüzlərlə nəfər Rusiyanın Sankt Peterburq şəhərində aksiya keçirib.

İRNA-nın məlumatına görə, bazar günü Sankt Peterburqda aksiya keçirənlər təqaüd yaşının artırılmasına etiraz ediblər. 

Etiraz aksiyası Rusiya polisinin müşayiəti ilə keçirilib. 

Ötən aylarda Rusiyanın paytaxtı Moskva şəhəri və bir sıra digər şəhərdə təqaüd yaşının artırılmasına etiraz olaraq aksiyalar keçirilib. 

Rusiya Dövlət Duması 19 iyul tarixində təqaüd yaşının kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib. 

Teqlər