Sen 18, 2018 08:39 Asia/Baku
  • Rusiyanın 1 ədəd təyyarəsi yoxa çıxıb
    Rusiyanın 1 ədəd təyyarəsi yoxa çıxıb

Rusiyanın Müdafiə Nazirliyi bu gün bildirib ki, bu ölkənin 14 ekipaj üzvü olan IL-20 tipli bir ədəd hərbi təyyarəsi Suriyanın şimal qərbində Laziqiyyə vilayətinin Həmimim hava bazasının yaxınlığında yoxa çıxıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi xatırladıb ki, təyyarə İsrailin F-16 təyyarələrinin Laziqiyyəyə qarşı hücumu ilə eyni zamanda radardan itib. 

Bu təyyarəni tapmaq üçün axtarışlar davam edir. 

Sionist rejim hərbi təyyarələri dünən Laziqiyyədə araşdırma mərkəzini hədəfə alıblar. 

Suriya ordusunun bildirdiyinə görə, bu hücum nəticəsində mərkəz xəsarət alıb və iki nəfər ölüb. 

Sionist rejim şənbə günü də Dəməşq beynəlxalq aeroportunu raketlə hədəfə almışdı. 

İsrail indiyədək dəfələrlə terrorçulara dəstək üçün Suriya ordusunun mövqelərini və bu ölkənin infrastrukturunu hədəfə alıb. 

Sionist rejim ordusu 4 sentyabrda bir hesabatda bildirdi ki, son 18 ayda Suriyada 200-dən çox hədəfi vurub.