Sen 19, 2018 12:50 Asia/Baku
  • Yunanıstanda polis rəsmisi kənarlaşdırılıb
    Yunanıstanda polis rəsmisi kənarlaşdırılıb

Yunanıstanda İranın səfirliyinə qarşı hücumdan sonra Afinanın Saykiu polis idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

Ektimrini portalının məlumatına görə, Yunanıstan rəsmiləri bu gün bildiriblər ki, Saykiu polis rəisi İranın səfirliyinə qarşı ifratçıların hücumundan sonra vəzifəsindən azad edilib. 

Bu məlumata görə, Yunanıstan polisi həmçinin hücum zamanı fövqəladə vəziyyət siqnalının aktivləşməməsi barədə araşdırmalar aparıb. 

Yunanıstan mediyaları bazar ertəsi günü bildiriblər ki, ifratçı qrupun üzvlərindən on nəfər İranın Afinadakı səfirliyinə boya butulkaları ilə hücum ediblər. 

Hücumçular motosikletə minmiş 10 nəfərdən ibarət olublar. Deyilənlərə görə bu hücumu Rayvikonas anarxist qrup reallaşdırıb. 

Teqlər