Sen 20, 2018 13:21 Asia/Baku
  • Rusiyanın bir ədəd qırıcısı süqut edib

Rusiyanın Müdafiə Nazirliyi Moskvanın 400 km şərqində bir ədəd qırıcı təyyarənin süqut etməsindən xəbər verib.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bildirib: Çərşənbə günü bir ədəd Miq-31 qırıcı təyyarəsi Kulebaki şəhərinin yaxınlığında, Nijnıy Novqorod məntəqəsinin yaxınlığında süqut edib. 

Bu m əlumata görə, təyyarə texniki nasazlığa görə süqut edib. Təyyarə silahlı olmayıb. Təyyarənin hər iki pilotu vaxtında təyyarəni tərk etdikləri üçün sağ qalıblar. 

Rusiyanın Müdafiə Nazirliyi həmçinin bildirib: Silahsız uçuş həyata keçirən təyyarənin süqut etməsi nəticəsində hansısa kənar zərər və ziyanlar baş verməyib. 

Teqlər