Sen 20, 2018 20:49 Asia/Baku
  • Şinzo Abe Yaponiyanın hakim partiyasının sədri seçildi

Yaponiyanın baş naziri Şinzo Abe bir daha hakim partiyanın sədri seçilib.

Asoşeyted Press-in məlumatına görə, Şinzo Abe qəti qələbə ilə hakim Liberal Demokrat Partiyasının sədri seçilib. Bu, onun daha 3 il üçün baş nazir olmasına şərait yaratmış olub.

Ş.Abe bu seçkidə rəqibi keçmiş müdafiə naziri Şiqeru İşibanı məğlub edərək, hakim partiyanın sədri seçilib. Abe bu qələbə ilə Yaponiya konstitusiyasına dəyişiklik etmək niyyətini yerinə yetirə bilər.

Bu yolda bir çox maneə və problemə malik olmasına baxmayaraq, 63 yaşlı Abe konstitusiyaya dəyişiklik etmək istəyir. Abe 2012-ci ildən Yaponiyanın baş naziridir.