Okt 01, 2018 14:53 Asia/Baku
  • Amerikada 101 ölü və yaralı
    Amerikada 101 ölü və yaralı

Ötən sutka ərzində Amerikanın müxtəlif ştatlarında atəşaçmalar nəticəsində azı 44 nəfər ölüb, 57 nəfər də yaralanıbdır.

Amerikada silahlı zorakılıqların qeydə alınması mərkəzi özünün gündəlik hesabatlarının davamında şənbə günündən bazar gününədək olan 24 saat ərzində bu ölkənin müxtəlif ştat və şəhərlərində baş vermiş atəşaçma hallarının yekun statistikasını elan edib. Bu statistikaya əsasən, həmin müddətdə 128 atəşaçma halı baş veribdir ki, onların nəticəsində 39 nəfər ölüb, 78 nəfər də yaralanıbdır. Bu hadisələrin 31 halında tələfat olmayıbdır.

Yayılan məlumatlara görə, ötən 48 saat ərzində Amerikanın müxtəlif ştat və şəhərlərində 219 halda atəşaçma barədə məlumat verilibdir ki, onların nəticəsində 83 nəfər ölüb, 135 nəfər də yaralanıbdır.

Teqlər