Okt 07, 2018 11:54 Asia/Baku
  • Avropa Komissiyası Balkanda yeni savaş barədə xəbərdarlıq edib
    Avropa Komissiyası Balkanda yeni savaş barədə xəbərdarlıq edib

Avropa Komissiyasının sədri Balkanda yeni savaşın baş verməsi ehtimalı barədə xəbərdarlıq edib.

Avropa Komissiyasının sədri Jan Klod Yunker dünən Avstriya parlamentindəki çıxışında deyib: Əgər Balkan ölkələri Avropa Birliyinə daxil olmaq üçün ümid və perspektivə malik olmasalar, bu bölgədə yeni bir savaş formalaşa bilər.

Avropa Birliyi Balkanın qərb ölkələrini hazırlamaq üçün onlarla qanun hakimiyyəti, nəqliyyat, təhsil və səhiyyə sahələrində xüsusi əməkdaşlıqlar yaratmaq fikrindədir.

Avropa Birliyi indiyədək Balkanın böhranlı ölkələrini bu birliyə qəbul etmək vədi ilə bu ölkələrin böhranlı durumlarını idarə edibdir.

Lakin Monteneqro, Serbiya, Makedoniya, Bosniya və Herseqovina, Albaniya və Kosovonun üzvlüyə qəbul edilmələri prosesinin uzanması bu ölkələrin xalqları və partiyalarını proqnoz edilən bir gələcəkdə Avropa Birliyinə daxil olmaqdan məyus edibdir.

Teqlər