Okt 08, 2018 11:19 Asia/Baku
  • BMT: Dünya ictimaiyyəti Xaşiqçi məsələsinə laqeyd qalmayacaq
    BMT: Dünya ictimaiyyəti Xaşiqçi məsələsinə laqeyd qalmayacaq

BMT-nin söz azadlığı üzrə xüsusi məruzəçisi Deyvid Kay Səudiyyə rejiminin ciddi tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə reaksiya olaraq, dünya ictimaiyyətinin Kaşıkçı cinayətinə laqeyd qalmayacağını deyib.

İRNA-nın məlumatına görə, BMT-nin söz azadlığı üzrə xüsusi məruzəçisi bazar ertəsi günü səhər verdiyi açıqlamada bildirib: Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilməsinə dair xəbərlərin kənarında bu xüsusda müstəqil və beynəlxalq araşdırmalar aparılmalıdır. 

Deyvid Kay əlavə edib: Əgər Kaşıkçının qətli təsdiq edilərsə, BMT-nin söz azadlığı komitəsi dünya ictimaiyyətindən bu cinayəti törədənlərin cəzalandırılması üçün bir sıra müstəqil mexanizmlərdən istifadə etməsini istəyəcək. 

Səudiyyə rejiminin ciddi tənqidçilərindən olan Camal Kaşıkçının ölüm xəbərinin yayılmasının ardınca bir çox beynəlxalq təşkilat, insan haqları müdafiəçiləri və bəzi ölkələr bu məsələ ilə bağlı Ərəbəsitan barədə ciddi ölçü götürülməsini istəyiblər. 

Beynəlxalq Amnistiya Təşkilatı da bazar günü axşam Kaşıkçının öldürülməsinə reaksiya olaraq bildirib: Kaşıkçının Səudiyyə rejimi tərəfindən qətlə yetirilməsi öz təsdiqini taparsa bu, onun özbaşına şəkildə və mühakimə olunmadan edam edilməsi anlamına gələcək. 

Əl-Cəzirə kanalı da Camal Kaşıkçının cəsədinin İstanbulun məhəllələrindən birində aşkar edildiyini bildirib. 

Röyters isə Camal Kaşıkçının qətlə yetirilməsinin aredınca  yazıb: Bəzi Türkiyə rəsmiləri Kaşıkçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda qətlə yetirildiyini bildiriblər. 

Camal Kaşıkçının adı Səudiyyə rejimi tərəfindən axtarışda olan və barəsində həbs qərarı çıxarılanlar siyahısında olub. Buna görə də bəzi insan haqları müdafiəçiləri sosial şəbəkələrdə onun Bin Salmanın göstərişi əsasında oğurlanaraq, qətlə yetirildiyini yazırlar. 

Teqlər