Okt 12, 2018 19:37 Asia/Baku
  • ABŞ ordusunun F-35 qırıcılarının uçuşu təxirə salınıb

ABŞ-ın müdafiə nazirliyi (Pentaqon) F-35 qırıcılarının uçuşunun texniki nasazlığa görə təxirə salındığını bildirib.

Röyters-in verdiyi məlumata görə, Pentaqon cümə axşamı yaydığı bildirişdə Amerika və digər ölkələrdəki bütün F-35 qırıcılarının texniki nasazlıq üzündən havaya qalxa bilmədiklərini elan edib.

Bu məlumata görə, "Loked Martin" zavodunun istehsal etdiyi F-35 qırıcılarının yanacaq borularında yoxlamalar aparılacaq. Buna görə də müvəqqəti olaraq bu təyyarələrin uçuşuna icazə verilmir.

Bu yoxlamalar ABŞ-ın Cənubi Karolina Ştatında bir ədəd F-35 qırıcısının süqut etməsinə dair xəbərlərin yayılmasının ardınca başlanıb.

Loked Martini şirkəti 2018-ci ildə 91 ədəd F-35 qırıcısını müştərilərinə təhvil verməlidir.

F-35 qırıcılarının istehsalı ABŞ-ın ən bahalı silah proqramlarından biri kimi tanınır və təqribən 406 milyard dollar pul xərclənilib.

Teqlər