Okt 20, 2018 12:15 Asia/Baku
  • Tramp səudların Qaşıqçının qətli ilə bağlı rəvayətini himayə edib
    Tramp səudların Qaşıqçının qətli ilə bağlı rəvayətini himayə edib

ABŞ prezidenti deyib ki, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının başına gəlmiş hadisə qəbuledilməzdir.

Donald Tramp dünən gecə Ərəbistanın Camal Qaşıqçının bu ölkənin İstanbuldakı konsulluğunda höcətləşmədən sonra öldürüldüyünü təsdiq etməsindən sonra bildiribdir ki, səudların bu macarə barədəki şərhlərinə inanır.

Bundan öncə Ərəbistanı "sərt tənbeh" ilə hədələmiş ABŞ prezidenti ümidvarlıq edib ki, Ərəbistana qarşı sanksiyaların tətbiqi məsələsi bu ölkəyə silah satışına şamil olmayacaqdır.

Qaşıqçının qətli işi ilə əlaqədar Amerika konqresi ilə həmkarlıq edəcəyini bildirən Tramp vurğulayıb ki, Qaşıqçı işinin böyük probleminin həlli yoluna yaxınlaşmaqdadır.

Amerika prezidenti həmçinin deyib: Ərəbistanda Qaşıqçının qətli işi ilə bağlı müttəhimlərin həbs olunmaları mühüm bir addımdır.

ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədr müavini Adam Şiff isə deyibdir ki, Camal Qaşıqçının höcətləşmə səbəbi ilə öldürülməsi xəbərinə etimad etmək olmaz.

Teqlər