Okt 20, 2018 21:31 Asia/Baku
  • İngiltərədə brexit ilə müxalifət aksiyası
    İngiltərədə brexit ilə müxalifət aksiyası

İngiltərənin Avropa Birliyindən çıxması ilə müxalif olanlardan on minlərlə nəfər Londonda aksiya keçirərək, brexit üzrə referendumun yenidən keçirilməsini istəyibdir.

"Xalqın səsi" adlı hərəkat tərəfindən təşkil olunmuş bu aksiyada siyasi partiyalar, həmkarlar ittifaqları, parlament və London meriyasının üzvləri iştirak ediblər.

Aksiya iştirakçılarından bir çoxu yaşının aşağı olması üzündən 2016-cı ildə İngiltərənin Avropa Birliyindən çıxması referendumunda iştirak edə bilməyən gənclər olubdur.

Bu, Tereza Meyin mühafizəkar hökumətinin brexit müzakirələrindəki proqramına qarşı ən böyük etiraz hərəkəti sayılır.

Teqlər