Okt 22, 2018 14:07 Asia/Baku
  • Avropa Birliyi nüvə anlaşmasını qorumaq üçün İran ilə yeni kanal yaratmağa çalışır
    Avropa Birliyi nüvə anlaşmasını qorumaq üçün İran ilə yeni kanal yaratmağa çalışır

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran ilə birbaşa maliyyə kanalının yaradılması layihəsinin qarşıdan gələn həftələr ərzində icra ediləcəyini bildirib.

Fars xəbər agentliyinin bildirdiyinə görə, Federika Moqerini cümə axşamı deyib: Avropa Birliyi İran ilə ticarət əlaqələrini qorumaq və ABŞ-ın sanksiyalarını dolayı yolla zərərsizləşdirmək üçün birbaşa maliyyə kanalının yaradılması planını işə salacaq. 

Moqerini əlavə edib: Avropa Birliyinin Asiyadakı şərikləri də nüvə anlaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirməkdə maraqlı olduqlarını göstəriblər. 

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi həmçinin deyib: İran Yaxın Şərqdə önəmli bir ölkə olaraq, Avropa və Asiya ölkələri ilə bir çox ortaq maraqlara və mənafeyə malikdir. 

İran İslam Respublikası nüvə anlaşmasını qorumaq üçün avropalılara çıxış yolu tapa bilmələri üçün fürsət verib. 

Teqlər