Okt 22, 2018 20:53 Asia/Baku
  • Mixail Boqdanov - Rusiya xarici işlər nazirinin müavini
    Mixail Boqdanov - Rusiya xarici işlər nazirinin müavini

Rusiya hökuməti bu ölkə prezidentinin Ərəbistana olacaq səfərinin Ər-Riyadın jurnalist Camal Qaşıqçının taleyinə aydınlıq gətirməsi ilə şərtləndirib.

İRNA-nın məlumatına görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib: Vladimir Putinin Ər-Riyada səfəri üçün hazırlıq işləri başa çatıb. Amma, Moskva jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı araşdırmaların yekunlaşdırılmasını gözləyir. 

Boqdanov həmçinin deyib: Camal Qaşıqçının ölümünün bir çox mübahisələrə yol açdığını nəzərə alaraq, bu xüsusda araşdırmaların yekunlaşdırılmasını gözləmək lazımdır. 

Kreml bundan öncə Putinin yaxın gələcəkdə Ərəbistana səfər edəcəyini bildirmişdi.