Noy 03, 2018 09:59 Asia/Baku
  • Səudiyyənin Londondakı səfirliyi qarşısında
    Səudiyyənin Londondakı səfirliyi qarşısında "Qşıqçı küçəsi" nişanı quraşdırılıb

Beynəlxalq Amnistiya Təşkilatı simvolik bir təşəbbüsdə Səudiyyə Ərəbistanının Londondakı səfirliyi önündə "Qaşıqçı küçəsi" nişanını yerləşdirib.

Britaniyada çıxan İndependent qəzetinin verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bu simvolik təşəbbüsü dünən günorta saat 13-14 dəqiqədə, Camal Qaşıqçının bir ay öncə Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olduğu saatda həyata keçirib. 

BAT rəsmilərindən olan Ket Alen deyib: Bütün dünya Qaşıqçının vəhşicəsinə qətlə yetirilməsindən şikdadır və bu həyasız hərəkət barədə ədalətin icra olunmamasına imkan verməməliyik. 

Alen deyib: Səudiyyə vəliəhdinin iddiasının əksinə olaraq Səudiyyə Ərəbistanından heç bir islahat həyata keçməyib və bu ölkənin siyasi fəalları və tənqidçiləri vəhşicəsinə qətlə yetirilirlər. 

Bu hüquq müdafiəçisi bildirib ki, Qaşıqçının qatilləri mühakimə edilməlidir və Britaniya hökuməti də Səudiyyə Ərəbistanı ilə əlqlərinə yenidən baxmalıdır, tezliklə bu ölkə ilə eləcə də Yəmənə qarşı Səudiyyə koalissiyasının digər üzvləri ilə silah əməkdaşlıqlarını dayandırmalıdır. 

Səudiyyə Ərəbistanı rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçı 2 oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı və bir neçə gündən sonra mediyalar onun konsulluq daxilində faciəli şəkildə qətlə yetirilməsindən xəbər verdilər.

Teqlər