Noy 13, 2018 21:38 Asia/Baku
  • Avropa ordusu üstündə Tramp-Makron twitter qarşıdurması davam edir
    Avropa ordusu üstündə Tramp-Makron twitter qarşıdurması davam edir

ABŞ prezidenti vahid Avropa ordusunun təşkili üstündə avropalı ölkələrlə çəkişməsinin davamında bir daha Fransa prezidentinə şifahi hücum edib.

Donald Tramp şənbə günü özünün yeni twitt-ində Fransa prezidentini Avropa ordusunun yaradılması layihəsini irəli sürməsinə görə tənqid atəşinə tutubdur.

Tramp yazıb: Əgər Amerika olmasaydı, fransızlar hazırda alman dilində söhbət edəcəkdilər.

ABŞ prezidenti özünün öncəki twitt-ində də Makronun Avropa ordusunun yaradılması ideyasını təhqiredici fikir adlandırmışdı.

Avropalılar bu qənaətdədirlər ki, NATO Avropanın təhlükəsiziyinin təminindən daha çox Amerika militarizminin hədəflərinin xidmətindədir.