Noy 15, 2018 14:40 Asia/Baku
  • Kaliforniya ştatındakı yanğında təqribən 60 nəfər həlak olub

Ştat rəsmiləri bildiriblər ki, Kaliforniya ştatındakı yanğında həlak olanların sayı Amerika hökumətinin onun söndürülməsinə məhəl qoymaması ucbatından 59 nəfərə çatıbdır.

Ştat rəsmiləri bildiriblər ki, Amerikanın Kaliforniya ştatındakı meşələrdə baş verən yanğın yeddinci günə daxil olub və indiyədək bu hadisədə 59 nəfər həlak olub, 130-dan çox insan da itkin düşübdür.

Eyni vaxtda Kaliforniyanın üç nöqtəsində baş verməkdə olan bu yanğının ən böyük hissəsi ştatın şimalında baş verən "Kəmp Fayr" adlı yanğındır.

Kaliforniya ştatının rəsmiləri bildiriblər ki, "Kəmp Fayr" indiyədək Kaliforniyanın şimal meşələrindən 137 min hektardan çox ərazini yandırıb, doqquz minə yaxın evi də dağıdıbdır.

Bu məlumata görə, geniş yanğın davam edir və hələ yatırılmayıbdır.

Ötən cümə axşamı günü başlanmış Kaliforniya yanğını bölgə əhalisindən 52 min nəfəri didərgin salıb və ştat başçıları təkcə 1400 nəfərə sığınacaq verə biliblər.

Alovun şiddəti və genişliyi Kaliforniya ştatında yerləşən Paradis şəhərini tam şəkildə külə döndəribdir.