Noy 15, 2018 14:44 Asia/Baku
  • Avropa Parlamenti səud koalisiyasına qarşı silah sanksiyası istəyib

Avropa Parlamentinin nümayəndələri Ərəbistanın Yəmənə qarşı savaşında Avropa silahlarının rol oynamasını tənqid edərək, Yəmənə qarşı səud koalisiyasına üzv olan bütün ölkələrə silah satışının dayandırılmasını istəyiblər.

Avropa Parlamentinin internet saytının məlumatına görə, bu parlamentin üzvləri dünən bir bəyanatda bildiriblər: Avropa ölkələrinin hərbi silah ixracatına sistemli nəzarətə diqqətsizliyin əvəzi, bir sanksiya mexanizmi ilə çıxılmalıdır. Bu nümayəndələr həmçinin Avropa Birliyinə üzv ölkələrin silah ixracatına nəzarətin artırılmasını, eləcə də Avropa ölkələri tərəfindən Yəmənə qarşı səud koalisiyasına üzv olan bütün ölkələrə silah satışının dayandırılmasını istəyiblər. 

Avropa Parlamentinin bəyanatına əsasən, Avropa ölkələrinin yaşıl çırağı ilə Ərəbistana silah ixracatı hallarından bir çoxu elə bir halda həyata keçirilibdir ki, Ərriyada silah satışı Avropa silahının satışı prinsiplərinin səkkiz meyarından altısını pozub və buna görə, Avropa Birliyinin bütün strukturunu zəiflədibdir.

Bu bəyantda sonra deyilir: Ərəbistana hərbi gəminin satılması Yəmənin mühasirəsinin gücləndirilməsinə səbəb olub. Qırıcılar və bombalar da səud koalisiyasının hava hücumlarında Yəmən xalqının hazırkı əzab-əziyyəitinin amili olubdur.

Ərəbistan Amerikanın və bir neçə Qərb ölkəsinin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, on minlərlə yəmənli mülkinin həyatını itirməsi və ya yaralanmasına, eləcə də milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Bununla belə, səud rejimi və onun qərbli himayədarları indiyədək bu ölkədəki hədəflərinə çata bilməyiblər.