Noy 19, 2018 09:31 Asia/Baku
  • Kaliforniya yanğınında tələfat və xəsarət artıb
    Kaliforniya yanğınında tələfat və xəsarət artıb

Kaliforniya ştatında yanğında ölənlərin sayı 79 nəfərə, bu hadisədə itkin düşənlərin sayı isə 1300 nəfərə çatıbdır.

Melbou və Kelbas şəhərlərində yanğın və bu məntəqələrə yardım çatışmazlığı nəticəsində vəziyyət ağır olmaqda davam edir. Kaliforniya didərginləri mediaların bu məntəqələrin sakinlərinin problemləri ilə bağlı susmalarını tənqid ediblər və deyiblər ki, müxbirlər kirayənişinlərin problemlərinə toxunmurlar.

CNN telekanalı xəbər verib ki, Kaliforniya ştatındakı yanğınlarda həlak olanların sayı 79 nəfərə çatıb. Yayılan məlumatlara görə, bu rəqəm yenə də arta bilər. Həmçinin bəzi statitstikalara əsasən, bu ştatda hadisənin baş verdiyi məntəqərlərin sakinlərindən 1300 nəfərin taleyi barədə bir məlumat yoxdur.
Müxbirlər bu hadisənin baş verməsində iqlim dəyişikliklərinin rolu barədə Trampa sual veriblər, amma o, bu sualı cavablandırmaqdan boyun qaçırıb və bunun əvəzində deyibdir ki, bölgədəki meşələrlə bağlı qeyri-münasib və zəif müdiriyyət bu faciənin baş verməsində təsirli olubdur.