Noy 19, 2018 11:41 Asia/Baku
  • Ağ Ev Qaşıqçının qətlini başqasının boynuna atır
    Ağ Ev Qaşıqçının qətlini başqasının boynuna atır

Amerikalı senatorlar ABŞ prezidentinin və Ağ Ev-in digər rəsmilərinin səud rejiminin tənqidçisi olmuş jurnalistin qətli barədə şəffaf mövqe tutmalarını istəyiblər.

Amerikanın Kentukki ştatından olan respublikaçı senator Rend Pol deyib: Güclü dəlillərin olmasına görə, Vaşinqton səud vəliəhdi Muhəmməd bin Salmanın Qaşıqçının qətlində əlinin olması məsələsini ört-basdır edə bilməz.

Rend Pol həmçinin vurğulayıb ki, ABŞ dövləti Ərəbistana silah satışını dayandırmalıdır.

Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem də deyib ki, Camal Qaşıqçının qətli Ərəbistan vəliəhdinin birbaşa göstərişi ilə həyata keçirilibdir.

Bir qrup amerikalı senator da bundan öncə Camal Qaşıqçının qətli işinin izlənilməsini istəmişdi.

Teqlər