Noy 21, 2018 11:37 Asia/Baku
  • ABŞ-da atışmalarda 18 nəfər ölüb
    ABŞ-da atışmalarda 18 nəfər ölüb

Amerikada silahlı zorakılıqlar üzrə statistika mərkəzi bu ölkənin müxtəlif bölgələrində atışmalar nəticəsində 18 nəfərin ölümündən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Mərkəzin dünən üçün yaydığı məlumatda deyilir: Son 24 saat ərzində ABŞ-ın müxtəlif ştatlarında 43 atışma halı baş verib və nəticədə 18 nəfər ölüb və 30 nəfər yaralanıb. 

Atışmalar daha çox İndiana, Pensilvaniya, Kolorado və Masaçoset ştatlarına aiddir. 

Mövcud məlumatlara görə, Amerikada 270-300 milyon ədəd odlu silah var. Başqa sözlə bu ölkədə adam başına 1 silah düşür. 

Amerikada vətəndaş hüquqlarını müdafiə qruplarının çağırışlarına rəğmən silah lobbisinin güclü olduğuna görə, indiyədək bu ölkədə heç bir hökumət silah satışını məhdudlaşdıran qanunlar qəbul etdirə bilməyib. 

Teqlər