Dek 09, 2018 09:57 Asia/Baku
  • Fransa aksiyalarında 135 nəfər yaralanıb
    Fransa aksiyalarında 135 nəfər yaralanıb

Fransanın daxili işlər naziri dünən bu ölkədə keçirilən aksiyalarda yaralananların sayını 135 nəfər elan edib.

Kristof Kastaner dünən gecə sonra qeyd edib ki, yaralıların 17 nəfəri təhlükəsizlik qüvvələrindəndir.

Kastaner həmçinin qeyd edib ki, şənbəgünkü etirazlarda bütün Fransadan 125 min nəfər iştirak edib.

Fransanın daxili işlər naziri həbs olunmuş şəxslərin sayını 974 nəfər elan edib.

Fransa xalqının bu ölkənin prezidenti Emmanuel Makronun iqtisadi siyasətlərinə qarşı etirazı üçüncü həftəyə daxil olub. Minlərlə fransalı hazırda iqtisadi tələblərdən daha geniş miqyasda Makronun vəzifəsindən kənara çəkilməsini tələb edir.

Belə bir halda, Fransada iki yüzdən çox orta məktəb və universitetin şagird və tələbələri anti-kapitalizm hərəkatına qoşulublar. Onlar bu günlər dərsə getmirlər. 

Alovu cari milad ili noyabrın 17-dən qalxmış Fransadakı son çaxnaşmalar hər gün geniş miqyas alaraq, Fransa sərhədlərini aşır. Bu çaxnaşmalar Hollandiya və Belçika daxil olmaqla digər Avropa ölkələrinədək yayılıbdır.

Fransa polisinin zorakılıq hərəkətləri indiyə kimi dörd nəfərin həyatına son qoymaqla bərabər, yüzlərlə nəfərin yaralanması və həbs olunması ilə nəticələnibdir.

Teqlər