Pashinian-ın alyansı irəlidədir
Ermənistanın baş nazir əvəzi Nikol Pashinian-ın “Mənim addımım” alyansının ölkənin növbədənkənar parlament seçkisinin ilkin nəticələrinə görə böyük fərqlə irəlidə olduğu xəbər verilib. İndiyədək səslərin 50 faizi sayılıb və bunun 70 faizinin Pashinian-ın alyansına verildiyi məlumdur.
Ölkə boyunca 2010 məntəqinin 1217-sindən alınmış nəticələr alyansın ən yaxın rəqibi – Firavan Ermənsitan Partiyasının ikinci yerdə olduğunu göstərir. Varlı biznesmen Gagik Tsarukian-ın başçılıq etdiyi partiya indiyədək sayılmış səslərin 8, 5 faizinə sahibdir.
Sayılan səslərin sayına görə üçüncü yerdə Pashinian-ın keçmiş müttəfiqi Edmon Marukian-ın qərbyönlü Parlaq Ermənistan partiyasıdır.
Keçmiş hakim Respublika Partiyası indiyədək sayılmış səslərin 4, 42 faizini, Daşnaksutyun isə 4, 22 faizini toplaya bilib.
Dekabrın 9-da keçirilmiş seçkinin son nəticələri növbəti 24 saat ərzində məlum olacaq.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə seçkidə səsvermə hüququ olanların yalnız 48, 6 faizi iştirak edib. Bu, 2017-ci ilin aprelində keçirilmiş seçkidəki seçici iştirakından 12 faiz azdır.