Dek 10, 2018 11:21 Asia/Baku
  • Adi Əbdülmehdi
    Adi Əbdülmehdi

İraqın baş naziri Adi Əbdülmehdi deyib: İraq-İran əlaqələri iki ölkənin milli maraqları və mənafeyi çərçivəsindədir və başqalarının istəkləri və təzyiqlərinin təsir altına düşməyəcək.

İRNA-nın məlumatına görə, Adi Əbdülmehdi bazar günü ölkəsinin ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacağını deyərək, əlavə edib: İraq müstəqil bir ölkə olaraq İran ilə iqtisadi əlaqələrini öz milli maraqları və mənafeyi əsasında davam etdirəcək.

İraqın baş naziri İran və İraq iqtisadiyyatının bir-birinə bağlı olduğunu deyərək, əlavə edib: ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı İraqın mövqeyi Avropa, Rusiya, Çin və Yaponiya kimidir.

ABŞ prezidenti Donald Tramp 2018-ci ilin mayında birtərəfli qaydada İran ilə nüvə anlaşmasından çıxdı və İrana qarşı sanksiyaları 2 mərhələdə bərpa etdi.

Bu sanksiyalar birbaşa olaraq İran xalqını hədəfə alıb və amerikalıların bu xüsusdakı istənilən açıqlaması ümumi fikri aldatmağa köklənmiş səydən başqa bir şey deyil.

Teqlər