Dek 13, 2018 14:48 Asia/Baku
  • Çindən nüvə anlaşmasına dəstək

Çinin BMT-dəki daimi nümayəndəsi bir daha İran ilə nüvə anlaşmasının icrasına təkid etdi.

İRNA-nın məlumatına görə, Ma Jauşu çərşənbə günü BMT-nin Təhlükəsizlik Şurasının iclasında dedi: Nüvə anlaşması beynəlxalq bir anlaşma olaraq, bir neçə tərəfli əməkdaşlıq baxımından böyük bir uğur hesab olunur. 

Ma Jauşu BMT baş katibinin 2231 saylı qətnaməyə dair hesabatına işarə edərək, Ban Ki Mundan hesabatların hazırlanmasında tərəfsiz davranmasını və qeyri-dəqiq məlumatların hesabata əlavə olunmasından çəkinməsini istəyib. 

Çinin BMT-dəki daimi nümayəndəsi ABŞ-ın nüvə anlaşmasından çıxmasını da tənqid edib və nüvə anlaşmasında qalan ölkələrin məsuliyyət hissi ilə bütün diqqətlərini bu anlaşmanın və İran ilə ticarət əlaqələrinin qorunmasına yönəltdiklərini bildirib. 

Teqlər