Dek 14, 2018 21:30 Asia/Baku
  • Tramp-ın çətin günləri
    Tramp-ın çətin günləri

Jurnalist Camal Qaşıqçının Səudiyyə rejimi tərəfindən qətlə yetirilməsinə göz yumması Tramp üçün ciddi baş ağrısına çevrilib. Belə bir şəraitdə Şimali Koreyanın Ağ Evi pərdə arxasında Pxenyan əleyhinə fitnə planı hazırlamaqda ittiham etməsi ABŞ-ın bütün planlarını alt-üst edib. Elə buna görə də, Vaşinqton Çini müzakirələrin gedişində pozuculuq törətməkdə ittiham edir.

İndi, MKİ-nin Ərəbistanın Qaşıqçını qətlə yetirmək niyyətində olduğundan hələ öncədən xəbərdar olduğu amma, prezident Tramp və kürəkəni Kuşnerin hansısa önləyici tədbirlərin görülməsinə mane olduqlarının üzə çıxması, Ağ Ev üçün ciddi baş ağrısına çevrilib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Kroker isə bir qətnamə ilə, ərəbistanlı jurnalistin qətlə yetirilməsində Bin Salmanın məsuliyyət daşıdığını elan edib.

Amma, xarici siyasətlə bağlı problemlər bununla məhdudlaşmır. Sinqapur görüşündəki şirin vədlər özünü doğrultmadı. İndi Tramp və Kim Çen İn yenidən bir-birinə hədə-qorxu gəlirlər.

Beynəlxalq İnsan Haqları Mərkəzinin direktoru Corc Andreopolos deyir: “Şimali Koreya heç bir vəchlə nüvə arsenalından vaz keçməyəcək.”

Pxenyan görüşləri bir-birinin ardınca ləğv edir. Amerika da sanksiyaları artırması üçün BMT-yə təzyiq göstərir. Vaşinqton Şimali Koreya əleyhinə yeni sanksiyalar tətbiq edir. Pxenyan isə yeni raket sınaqlarının anonsunu verir.