Dek 18, 2018 20:23 Asia/Baku
  • Trampın
    Trampın "divar" sevdası 7 yaşlı qızı ölümə sürüklədi

7 yaşlı Quatemalalı qanunsuz immiqrantın ABŞ ərazisində ölməsi bir daha ümumi fikrin Trampa qarşı yönəlməsinə səbəb olub. Onsuz da hər tərəfdən təzyiq altında olan ABŞ prezidenti indi də miqrasiya siyasəti ilə bağlı yenidən gündəmə gəlib.

Bu günlər jurnalistlər əllərində kamera Jaklin ailəsinin sorağını tutmaqla məşğuldurlar. 7 yaşlı qız olan Jaklin sərhəddəki divardan keçdikdən sonra atasının əlindən alınaraq, həbs olunmuşdu.  Amma, fiziki və ruhi təzyiqlərə dözməyərək, elə həbsdə həyatını itirmişdi.

Tramp “divar çəkmək” siyasətini davam etdirəcəyini deyir. Amma, 7 yaşlı qızın ölümündən sonra qəzəblənmiş insanlar Trampdan güzəştə getməsini və hökuməti tətil etməməsini istəyirlər.

Tramp isə Obamanın da uşaqları qəfəsə saldığını deyirək, nə üçün o zaman kimsənin bir söz demədiyini soruşur.

Müstəqil amerikalı tədqiqatçı Piter Sinot bu barədə deyir: “Mən prezident Trampın hazırda tək olduğuna inanıram. Konqresdəki mövqeyi də zəifləyib.”

ABŞ Konqresi isə Rusiyanın amerikalılar arasında yalan informasiyalar yaymağa səy göstərməsinə dair bir layihəni araşdırmağa hazırlaşır. Məsələ, Trampın qələbə çaldığı 2016-cı il prezident seçkiləridir. Tramp isə ona qarşı gizli plan hazırlandığını və məxfi şəkildə yaxınlarından onun əleyhinə ifadə almağa çalışdıqlarını deyir.

Həm Konqres, həm də Ağ Ev bir-birindən qəzəblidirlər. Əgər belə gedərsə, qarşıdan gələn 3 gün ərzində hökumət tətil ediləcək.

 

Teqlər