Yan 08, 2019 11:10 Asia/Baku
  • Donald Tramp - ABŞ prezidenti
    Donald Tramp - ABŞ prezidenti

ABŞ prezidenti bu ölkə qüvvələrinin Suriyadan çıxarılması haqda deyib: ABŞ qüvvələrinin Suriyadan çıxarılması prosesi ehtiyatlı formada həyata keçiriləcək.

Tramp Tvitterdə yazıb: İŞİD-in Suriyadakı varlığını nəzərə alaraq, bizim hərbçilərimiz Suriyadan ehtiyatlı formada çıxarılacaqlar. 

ABŞ prezidenti bu ölkə hərbçilərinin Suriyadan sürətlə çıxarılmasına dair açıqlamasının ardınca həm ölkə daxilində həm də müttəfiqləri tərəfindən təzyiqlərə məruz qalmasının ardınca deyib: İŞİD-in Suriyadakı varlığını nəzərə alaraq, ABŞ qüvvələrinin Suriyadan tədrici şəkildə çıxarılması bir zərurətdir. 

Tramp bu sözləri  milli təhlükəsizlik müşaviri Con Boltonun İsrailə olan səfərinin ardınca səsləndirib. Con Bolton İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilə görüşdə Suriyada İŞİD-in tam şəkildə məhv olmadığı zamana kimi ABŞ-ın öz qüvvələrini bu ölkədən çıxartmayacağını demişdi. 

ABŞ prezidenti 19 dekabr 2018-ci il tarixində ABŞ hərbçilərinin Suriyadan çıxarılacağının anonsunu verdi. 

Teqlər