Yan 22, 2019 10:40 Asia/Baku
  • Krım sahillərinin yaxınlığında iki gəmi toqquşub
    Krım sahillərinin yaxınlığında iki gəmi toqquşub

Qara dənizdə, Krım sahillərinin yaxınlığında iki qaz daşıyan gəminin alovlanması nəticəsində 14 nəfər ölüb, beş nəfər də itkin düşübdür.

Rusiyanın dəniz nəqliyyatı təşkilatı bildirib ki, Tanzaniya bayrağı altında hərəkət etməkdə olan iki gəminin Krım sahillərinin yaxınlığında toqquşduğu və alovlandığı məkanda on bir cəsəd tapılıbdır.

Bu məlumata əsasən, digər üç nəfərin cəsədi də yardımçıların gözləri qarşısında suyun dibinə gedibdir.

Bəzi məlumatlara görə, bu qaz daşıyan iki gəminin 12 dənizçisi xilas edilsə də hələ azı beş dənizçinin taleyi naməlumdur.

Yanğın bir gəminin yanacaq köçürən zaman o biri gəmi ilə toqquşması zamanı baş veribdir.

Bu hadisə dünən axşam, Rusiya ilə Ukrayna arasındakı çəkişmələrdə yeni böhran mərkəzlərindən birinə çevrilmiş Krım sahillərinin yaxınlığında yerləşən Kerç boğazının yaxınlığında baş veribdir.

 

Teqlər