Fev 12, 2019 13:24 Asia/Baku
  • ABŞ konqresinin iki müsəlman üzvü sionist rejimin sanksiya edilməsinə dəstək verib

Amerika konqresində iki müsəlman qadın sionist rejimin sanksiya edilməsi layihəsinə dəstək verib.

İlhan Ömər və Rəşidə Talib "sionist rejimin boykot və sanksiya edilməsi və investisiyaya qadağa" hərəkatına öz dəstəklərini elan ediblər.

ABŞ konqresinin bu iki müsəlman qadın üzvünün sionist rejimin boykot və sanksiya edilməsinə dəstək verməsi Amerika demokrat partiyasında parçalanmanın yaranmasına bais olaraq, sionist rejim ilə ABŞ arasındakı möhkəm birliyi xətərlə üzləşdiribdir.

On il bundan öncə fəaliyyətə başlamış beynəlxalq "sionist rejimin boykot və sanksiya edilməsi və investisiyaya qadağa" hərəkatı siyasi və ictimai qruplardan, eləcə də xalqdan istəyir ki, özlərinin sionist rejimlə iqtisadi, mədəni və universitet əlaqələrini dayandıraraq, bu rejimin boykot edilməsinə dəstək versinlər.

Fələstin əslli Rəşidə Talib bu qənaətdədir ki, bu hərəkatın gücləndirilməsi diqqətləri işğal olunmuş Fələstində irqi ayrı-seçkilik və insan haqlarının pozulması kimi məsələlərə yönəldə bilər.

İlhan Ömər də daim sionist rejimi fələstinlilərə qarşı ayrı-seçkilikdə ittiham edibdir.

ABŞ konqresinin bu iki müsəlman qadın üzvü Donald Tramp dövlətinin Amerikanın fələstinlilərə yardım qarşısındakı maliyyə öhdəliklərinin pozulması üzrə rəftarının sərt müxalifidir.

Teqlər