Fev 12, 2019 16:40 Asia/Baku
  • ABŞ Konqresinin müsəlman üzvü üzr istəməyə məcbur edildi
    ABŞ Konqresinin müsəlman üzvü üzr istəməyə məcbur edildi

ABŞ Konqresinin demokrat müsəlman üzvü partiyasının və sionist lobbisinin təzyiqləri altında "anti-semitizm" adlandırılan sözlərinə görə üzr istəməyə məcbur olub.

Röyters-in məlumatına görə, İlhan Ömər verdiyi açıqlamada bildirib: Mən, tarixi mənə öyrədən yəhudi əməkdaşlarım və müttəfiqlərimə təşəkkür edirəm. 

İlhan Ömər bundan öncə Tvitter-də paylaşdığı yazıda Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AİPAC) tərəfindən amerikalı siyasətçilərə rüşvət verilməsi və onların pulla satın alınmasına dair bilgilər paylaşmışdı. 

ABŞ-ın Nümayəndələr Palatasının demokrat sədri Nansi Plusi və digər demokrat konqresmenlər ötən günlərdə İlhan Ömərə bu bilgiləri paylaşdığı üçün təzyiq göstərərək, ondan üzr istəməsini tələb ediblər. 

Respublikaçı konqresmen də İlhan Ömərin sözlərinə işarə edərək, onun Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki üzvlüyünə etiraz edib. 

Teqlər