Fev 15, 2019 20:23 Asia/Baku
  • Münhen təhlükəsizlik konfransı başlanıb

55-ci Münhen təhlükəsizlik konfransı siyasi problemlərin və təhlükəsizlik məsələlərinin araşdırılması mövzusu ilə az öncə rəsmi surətdə başlanıb.

Bu üçgünlük konfransın başlanğıcında onun sədri Volfqanq İşinger bir ulduz az olmaqla Avropa Birliyinin bayrağına oxşar bir geyimdə qısa çıxış edib.

İşinger açılış mərasiminin natiqi kimi İngiltərə müdafiə nazirinin iştirakını bu ölkənin Avropa Birliyindən çıxması mövzusu ilə əlaqələndirib.

İngiltərənin müdafiə naziri Gevin Uilyamson öz çıxışında breksitdən sonra ölkəsinin NATO-nun və Avropanın müdafiə prioritetlərini himayə sahəsindəki öhdəlikləri barədə danışıb.

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen də NATO-nun və Almaniyanın müdaifə fəaliyyətlərindəki iştiraklarının önəmini vurğulayıb və NATO-nu hərbi birlikdən daha geniş bir təşkilat adlandırıb.

NATO-nun baş katibi Yens Stoltenberq, Almaniyanın xarici işlər naziri Hayko Maas və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini Münhen konfransının birinci gününün digər natiqlərindəndirlər.

Bu üçgünlük konfransda ölkələrin prezidentləri, xarici işlər və müdafiə nazirləri və bəzi beynəlxalq təşkilatların rəsmiləri daxil olmaqla beynəlxalq, təhlükəsizlik və siyasi rəsmilər və şəxsiyyətlərdən yüzdən çox nəfər iştirak edir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu konfransda iştirak edir və əsas iclaslarda çıxışlardan əlavə, onda iştirak edən bəzi rəsmilər və şəxsiyyətlərlə görüşlər  keçirəcəkdir.