Fev 23, 2019 16:41 Asia/Baku
  • Britaniya və Almaniya Xİ nazirlərinin birgə mətbuat konfransı
    Britaniya və Almaniya Xİ nazirlərinin birgə mətbuat konfransı

Yəmənə edilən hərbi təcavüzlərdə hər gün daha artıq günahsız insanın ölməsi sülh tərəfdarları və müharibə əleyhdarlarının ciddi etirazlarına səbəb olsa da, silah satışından əldə edilən pullar yatmış vicdanların oyanmasına icazə vermir.

Yəmənə edilən hərbi təcavüzlərə və habelə, bu təcavüzlərə dəstək verməsinə qarşı etirazlar artıq 4 ildir ki, fasiləsiz olaraq davam edir. Bu etirazlar bəzi ölkələrin o cümlədən Almaniyanın müvəqqəti də olsa Ərəbistana silah satışını dondurmasına səbəb olub. Amma, bu məsələ Britaniyanın xarici işlər nazirinin xoşuna gəlməyib: “Britaniyanın Səudiyyə Ərəbistanı ilə geniş və strateji əlaqələrə malik olması, bizim onlara təsir imkanımızı artırır. Bu isə Yəməndə sülhün bərqərarına kömək edir.”

Britaniya xarici işlər nazirinin Almaniyanı yenidən Ərəbistana silah satmağa həvəsləndirmək istəməsi və onun Yəməndə sülhə nail olmaq üçün Ərəbistana daha artıq silah satmağın zəruri olduğuna dair məntiqi qeyri-adi olsa da, britaniyalı sülh tərəfdarları üçün tanış ritorika hesab olunur: “Britaniya hökumətinin Səudiyyə Ərəbistanına olan yardımları hələ də qaysaq bağlamayan təzə yara olaraq qalmaqdadır. Yəmən xalqı birbaşa olaraq Britaniya silahları ilə qırğın edilir. Britaniya militarist Toni Bleyeri Yaxın Şərqdə sülhün müdafiəçisi təyin edən ölkədir. Buna görə də, artıq biz heç nə ilə təəccüblənmirik.”

Hesabatlara əsasən 2015-ci ilin martında Yəmənə qarşı hərbi təcavüzün başlandığı zamandan bəri 110 mindən çox yəmənli bombardmanlar, aclıq və xəstəlik üzündən  həyatını itirib.

Britaniya vətəndaşı: “Britaniya Ərəbistanın insan  haqlarına qarşı zorakılıqlarına və Yəməndəki cinayətlərinə legitimlik bəxş edir. Britaniya hökuməti cinayətkar Məhəmməd bin Salmanı rəsmən dəvət edir. O, Britaniyanın baş naziri və kraliçası ilə görüşür. Bu rüsvayçılıqdır. Əgər Britaniya Ərəbistana silah satmasaydı, Yəməndə günahsız insanlar qırğın edilməzdi.”

Yəmən müharibəsinin başlandığı zamandan Britaniyanın Ərəbistana silah satışı da 5 dəfə artaraq 6 milyard funta çatıb.  

 

Teqlər