Mart 02, 2019 11:05 Asia/Baku
  • Minsk Moskvanın əməkdaşlığı ilə vahid pul çap edir
    Minsk Moskvanın əməkdaşlığı ilə vahid pul çap edir

Belarus prezidenti cümə günü bildirdi: Rusiya prezidenti Vladimir Putin ilə iki ölkənin pul vahidi olan "rubl" əsasında ortaq pul vahidinin yaradılmasını razılaşdırdıq.

İRNA-nın məlumatına görə, Aleksandr Lukaşenko dedi: "rubl" əsasında Rusiya və Belarus tərəfindən yeni bir pul vahidinin çap edilməsi qərara alındı. 

Kremlin sözçüsü Dmitri Peksov da Lukaşenkonun açıqlamasının ardınca dedi: Rusiya və Belarusun vahid bir birliyin yaradılmasına doğru hərəkət etməsini nəzərə alaraq, bu məsələni araşdırmaq olar. 

Peskov həmçinin, bu məsələnin qətiləşməsi üçün işçi qruplarının səyinə ehtiyac olduğunu dedi. 

Rusiya və Belarus Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Paktı Müqaviləsi və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlığa malikdirlər. 

İki ölkə həmçinin, 1998-ci ildə ittifaq hökumətinin yaradılmasına dair anlaşma sənədi imzalayıblar. Bu anlaşmanın icrası istiqamətində hər ilə prezidentlər, baş nazirlər, xarici işlər nazirləri və parlament sədrləri səviyyəsində görüşlər təşkil edilir. 

Belarus MDB ölkələri arasında Rusiyaya ən yaxın müttəfiq sayılır. 

Teqlər