Mart 03, 2019 20:52 Asia/Baku
  • Matvienko: Amerikanın Venesuelaya hərbi müdaxiləsinə yol verməyəcəyik
    Matvienko: Amerikanın Venesuelaya hərbi müdaxiləsinə yol verməyəcəyik

Rusiya Federasiya Şurasının sədri vurğulayıb ki, Moskva ABŞ-ın Venesuelada hərbi hərəkətinin qarşısını almaq üçün lazımi addımları atacaq.

Valentina Matvienko bu gün Moskvada Venesuelanın vitse-prezidenti Delsi Rodrigersə deyib: Rusiya ondan çox nigarandır ki, Amerikanın Venesueladakı təhrikedici hərəkətləri qan axıdılması ilə nəticələnə bilər. Amerika da bununla həmin ölkəyə hərbi müdaxilə üçün bir bəhanə və dəlil tapa bilmiş olar.

Matvienko vurğulayıb ki, Moskva belə bir hadisənin baş verməməsi üçün əlindən gələni edəcəkdir.

Venesuela dövləti müxaliflərinin rəhbəri Xuan Quaydo yanvarın 23-də ABŞ-ın və müttəfiqlərinin aşkar himayəsilə özünü Venesuelanın prezidenti adlandırdı. Venesuelanın dövləti və xalqı bu hərəkəti xalq tərəfindən seçilmiş prezident Nikolas Maduroya qarşı çevriliş adlandırdılar.

Venesuelada böhran məhz həmin tarixdə başlandı.

Teqlər