Mart 08, 2019 18:58 Asia/Baku
  • Almaniya: Amerikanın ticarət savaşı ilə mübarizəyə hazırıq

Almaniyanın iqtisadiyyat naziri Avropa Birliyinin öz maraqlarının müdafiəsi istiqamətində Amerika ilə mübarizəyə hazır olduğunu bildirib.

Peter Altmayer dünən ZDF telekanalı ilə müsahidə deyib: Hərçənd Avropa Bİrliyi Amerika ilə ticarət savaşı aparmaq istəmir, lakin öz maraqlarının müdafiəsi istiqamətində bu ölkənin birtərəfli qərarları ilə mübarizə aparmağa hazırdır.

Altmayer əlavə edib: Əlbəttə, Avropa Birliyi Amerika ilə ticari fikir ayrılığının daha aşağı gömrük rüsumları barədə razılıqla həll edilməsini istəyir.

Bununla belə, Altmayer xəbərdarlıq edib ki, əgər Vaşinqton birtərəfli şəkildə daha yüksək gömrük rüsumları tətbiq etmək niyyətində olarsa, Brüssel öz mexanizmləri ilə reaksiya verəcəkdir.

Teqlər