Mart 09, 2019 18:18 Asia/Baku
  • ABŞ İran və Venesuela nefti üçün alternativ tapa bilmir
    ABŞ İran və Venesuela nefti üçün alternativ tapa bilmir

İtaliyada çıxan bir qəzet yazır: İran və Venesuela əleyhinə sanksiyalar nəticəsində dünya neft bazarında yaranmış qıtlığı önləmək üçün ABŞ-ın "şel nefti"ndən istifadəyə dair səsləndirilən fikirlər sırf təbliğat xarakteri daşıyır.

İtaliyada çıxan İl Sule qəzeti şənbə günü "Dünyanın neft bazarı ABŞ-ın Venesuela və İrana qarşı birtərəfli sanksiyalarının təsiri altında" başlıqlı məqalədə yazıb: ABŞ "Şel nefti"ndən istifadə fərziyyəsi amerikalıların təbliğatının nəticəsidir. Bu növ neftin digər neftlər ilə fərqi o qədər çoxdur ki, praktiki olaraq digər neftlər üçün alternativ hesab oluna bilməz. 

ABŞ rəsmiləri bundan öncə iddia etmişdilər ki, İran və Venesuelanın neft ixracatının azalması ilə dünyanın neft bazarında yaranacaq qıtlığı "şel nefti" ilə doldurmaq mümkün olacaq. 

Buna baxmayaraq, dünya bazarında neftin bahalaşması Tramp hökumətinin öz mövqeyindən geri çəkilməsinə səbəb oldu. 

Teqlər