Mart 09, 2019 20:24 Asia/Baku
  • ABŞ-ın maskasız durumu
    ABŞ-ın maskasız durumu

Amerikalılar İranın raket proqramını bəhanə edərək, Təhlükəsizlik Şurasında İran əleyhinə iclas təkil etməyə çalışırlar. Bu ssenari hələ Obama dövründə yazılmış olsa da, ən azı indiyə kimi Avropalılar onda rol almaqdan boyun qaçırdıblar. Bu arada Tramp ətrafında cərəyan edən qalmaqallar səngimək bilmir.

Pol Manafort. Trampın seçki kampaniyasının sabiq sədri. Korrupsiya və rüşvətxorluq ittihamı ilə barəsində 47 ay həbs qərarı çıxarıldı. Tramp isə bundan narahat olduğunu dedi.

Bu arada,  Rusiya ilə sövdələşmə məsələsi məhkəməyə çıxarılmayıb. Hələlik.

İnspektor Müller hələ ki, öz hesabatını təqdim etməyib. Amma, sabiq vəkili Trampın sirlərini bir-bir ifşa edir.

İndependent qəzetinin qurucusu Əzlən Uilyams bu barədə deyir: “Siyasi bir zəlzələnin baş verəcəyini düşünmürəm. Amerikalı siyasətçilər və ABŞ xalqı prezidentlərinin qanunsuz rəftarları qarşısında sonsuz tolerantlığa yiyələniblər.”

Ağ Evdə istefaların sayı isə o qədər çoxalıb ki, artıq heç kimi təəccübləndirmir. ABŞ-ın hava qüvvələri naziri, xanım Heder Vilson da istefa verdi. Digər tərəfdən Tramp yeni bir fərman imzalayaraq, sivil bölgələrdə hərbi əməliyyatlar zamanı ölən mülkilərin sayının açıqlanmasının önünə keçdi.  

6 müharibədə iştirak etmiş ABŞ ordusunun ehtiyatda olan 4 ulduzlu generalı Corc Əbuzeydi də bu ölkənin Ərəbistandakı yeni səfiri təyin etdi. 

Belə bir şəxsini Ərəbistanda səfir təyin edildiyi bir şəraitdə ABŞ Konqresi Ali-Səudun Yəmən müharibəsində sivil əhaliyə qarşı hücumlarının durdurulmasını istəyib.

MKİ-nin keçmiş rəsmisi Pol Pilar da İrana edilən təzyiqlərin heç bir təsirə malik olmadığını deyir.

Amma, ABŞ-ın xarici əlaqələrində ciddi mənfi təsirləri olub.

 

Teqlər