Mart 10, 2019 09:57 Asia/Baku
  • Trampın sabiq vəkili: Tramp yalançıdı
    Trampın sabiq vəkili: Tramp yalançıdı

ABŞ prezidentinin sabiq vəkili deyib ki, Donald Trampın yalan iddiasının əksinə olaraq, o heç vaxt bağışlanmaq xahişi ilə çıxış etməyibdir.

ABŞ prezidentinin sabiq vəkili Maykl Kohen əlavə edib: Tramp iddia edir ki, "mən ondan əvf olunmaq istəmişəm və düz danışacağım barədə and içməyimə rəğmən, yalan danışmışam". Bu, tamamilə gerçəklikdən uzaq və həqiqətə uyğun deyildir.

Tramp bundan öncə Koheni konqres qarşısında yalan danışmaqda ittiham etmiş və onun prezidentin əfvinə meylli olduğunu demişdi.

ABŞ prezidentinin sabiq vəkili aldatma, vergi ödəməkdən qaçma və Trampın seçki kampaniyasında Trampın əxlaq pozğunluğunu ört-basdır etmək üçün bir qadına sükut haqqı ödəmə kimi qanunsuz fəaliyyətlərdə ittiham olunaraq, 2018-ci ildə üç il həbsə məhkum edildi.

Teqlər