Mart 19, 2019 15:11 Asia/Baku
  • Romada anti-sionist konfransı

Sionist rejim nəinki Avropa və Amerikanın dəstəkləri ilə işğal olunmuş Fələstindəki cinayətləirni davam etdirir, həm də Qərb mediaları bu cinayətləri öz ölkələrinin ümumi fikirlərindən senzura edirlər.

“Sionist rejim dünyada irqi ayrı-seçkiliyin simvolu”, Romada keçirilən anti-sionist konfransın adıdır.

Bu konfrans bir qrup italiyalı və amerikalı universitet şəxsiyyəti, mütəfəkkir və tədqiqatçının iştirakı ilə keçirilib. BMT-nin amerikalı tədqiqatçısı və Çikaqo universitetinin müəllimi xanım Riciniya bu konfransın əsas natiqi olubdur.

Xanım Tili işğal olunmuş ərazilərdə insan haqları barədə BMT məruzəçisi Riçard Vord ilə yanaşı sionist rejimin Fələstinlə bağlı hərəkətləri və aparteid məsələsi barədə sənədli bir hesabat yayıb. Bu hesabat ABŞ hökumətinin və Amerikada Qüdsü işğal etmiş rejim lobbisinin təzyiqlərinin ardınca onun yayılmasından 48 saat sonra BMT-nin vebsaytından silinibdir.

Riciniya: Bu hesabat yayılarkən sionist rejim və Amerika olduqca əsəbi və nigaran idilər. Onlar sürətlə BMT baş katibindən istəyirdilər ki, hesabatı məhv etsin. Əslində baş katib hesbatları fayllardan və arxivdən çıxara bilməz. Amma onu vebsaytdan götürə bilər. Və bu işi gördü və bu, BMT üçün böyük bir rüsvayçılıqdır. Bu konfransın iştirakçıları sionist rejimin boykot və sanksiya edilməsini istəyiblər.

İştirakçı: Amerika və İngiltərə xüsusiyyət təşkil etməklə böyük qərbli qüdrətlər öz maraqlarını qorumaq üçün sionist rejimi yaratdılar. Sionist rejim təsis olunduğu zamandan bəri işğal olunmuş ərazilərdə bir çox cinayətlər törədibdir.