Mart 19, 2019 20:29 Asia/Baku
  • Qazaxıstanda Mərkəzi Asiyada ən böyük məscid tikilir

Qazaxıstanın paytaxtı Astanada otuz min nəfərlik tutuma və 57 min kvadratmetrlik sahəyə malik olan Mərkəzi Asiyada ən böyük məscidin tikintisi başlanıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu məscidin təməlqoyma mərasimində deyib ki, bu məscid nəinki dini bir məkan, həm də gözəllik baxımından Qazaxıstan paytaxtının simvolik binası olacaq və Astana şəhərinin sakinləri, qonaqları və turistlər ondan baxış keçirə bilərlər.

Bu məscid iki il ərzində açılacaq.

Hazırda Astanadakı ən böyük məscid, Həzrət Sultan məscididir. Bu məscidin tutumu on min nəfərdir.

Qazaxıstan milli statistika agentliyi tərəfindən yayılmış son nəticələrə əsasən, bu ölkə xalqının sayı 2019-cu ilin sonunadək 18 milyon 896 min nəfəri ötüb keçəcəkdir.

Müsəlmanlar Qazaxıstan əhalisinin 71 faizini təşkil edirlər.