Mart 21, 2019 10:25 Asia/Baku
  • ABŞ müsəlmanlarının nümayəndəsi Novruz münasibəti ilə iranlıları təbrik edib

ABŞ nümayəndələr palatasının müsəlman üzvü Novruz bayramı münasibəti ilə İranlı-amerikan cəmiyyəti təbrik edib və bütün dünya üzrə sülh və rifaha ümidvarlığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, İlhan Ömər tvitter səhifəsində yazıb: Bayramınız mübarək! iranlı-amerikan cəmiyətin və Novruz bayramını qeyd edən hər kəsin sevincli ilə daxil olduğunu arzulayıram. 

ABŞ konqresi nümayəndələr palatasının hicablı üzvü yazıb: Biz 1398-ci ilə və baharın ilk gününə daxil olarkən bütün dünya üçün sülh və rifah gözləyirik.

Bu mesaj istifadəçilər tərəfindən geniş qarşılanıb və nümayəndələr palatasının bu üzvünə sülh carçısı ləqəbi verilib.