Mart 25, 2019 12:45 Asia/Baku
  • Yəmən xalqı müqavimətə təkid etdi
    Yəmən xalqı müqavimətə təkid etdi

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələrinin Yəmənə qarşı başlatdığı savaş 5-ci ilinə qədəm qoyur. Buna baxmayaraq, Yəmən xalqı düşmən qarşısında müqavimət və mübarizədən yorulmayıb.

Yəmən xalqı ölkələrinə qarşı amansız savaşın 5-ci ildönümündə bir daha təcavüzkarlara qarşı mübarizəyə təkid etdi. Onların müqaviməti və hər il müharibənin ildönümündə düşmənə qarşı mübarizəyə təkid etmələri təcavüzkarları daha da qəzəbləndirir. Yəmən xalqı bu ili “Müqavimət və Mübarizə” ili adlandırıblar.

Yəmən vətəndaşı: “Ölkəmizə qarşı hərbi təcavüz artıq 5-ci ildir ki, davam edir. Amma, biz var gücümüzlə düşmən qarşısında dayanmışıq və müqavimət göstəririk. Ötən 4 ildə olduğu kimi bundan sonra da biz mübarizə aparacağıq. Mübarizə qələbə çalacağımız və ya şəhid olacağımız zamana kimi davam edəcək.”

Yəmən vətəndaşı: “Savaşın başlanmasından 4 il ötür və biz bu müddət ərzində düşmən qarşısında şücaətlə müqavimət göstərdiyimiz üçün fəxr edirik. Düşmən heç bir şey əldə edə bilməyəcək. Biz vətənimizi, övladlarımızı və namusumuzu sonuna kimi müdafiə edəcəyik.”

Bu fikirləri səsləndirənlər Yəmənin Həccə vilayətinin sakinləridirlər. Və Yəmənin hər bir yedində insanlar belə düşünürlər. Savaşın başladığı ilk illər ilə müqayisədə xalq indi düşmən ilə mübarizədə daha böyük əzmkarlığa və iradəyə malikdirlər. Təcavüzkar koalisiyanın bütün cinayətlərinə və Yəməni tam mühasirədə saxlamasına baxmayaraq, Yəmən xalqı qələbəyə gedən yolun sadəcə mübarizə və müqavimət olduğunu bilir. Buna görə də düşmənin cavabını bildiyi dildə verməkdə qətiyyətlidir.

 Bu qədim qalanın tarix boyu düşmən qarşısında möhkəm dayandığı kimi, Yəmən xalqı da, müharibə nə qədər uzanırsa, uzansın, düşmən qarşısnda bu sarsılmaz qala kimi vüqarla dayanacaq.