Mart 25, 2019 14:38 Asia/Baku
  • Yaponiya ABŞ-ın Qolan barədəki mövqeyi ilə müxalifdir

Yaponiya nazirlər kabinetinin baş katibi bildirib ki, bu ölkənin Suriyanın işğal olunmuş Qolan məntəqəsinin sionist rejimin hakimiyyətinə qatılması ilə bağlı mövqeyi dəyişməyib və onunla müxalif olmaqda davam edir.

Yosihide Suqa bir bəyanat yayaraq bildirib ki, Yaponiya hökumətinin sionist rejim ilə bağlı mövqeyi dəyişməyib və rəsmi Tokio Suriyanın Qolan yüksəkliklərinin sionist rejim hakimiyyətinin bir hissəsi kimi tanınmaması barədəki mövqeyinə israr etməkdə davam edir.

Amerika prezidenti martın 21-də öz twitter səhifəsində təhrikedici bir ifadədə bildirdi ki, 52 ildən sonra Amerikanın sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakimiyyətini tam və rəsmi şəkildə tanımasının vaxtı gəlib çatıbdır.

Belə bir halda, indiyədək bir çox ölkənin dövlət başçıları Suriyanın Qolan yüksəkliklərinin sionist rejim hakimiyyətinin bir hissəsi kimi tanınmamasına təkid ediblər.

Sionist rejim 1967-ci ildə Suriya torpaqlarının Qolan yüksəkliklərindəki təqribən 1200 kvadrat-kilometrlik ərazisini işğal etdi və bir müddət sonra bu məntəqəni işğal olunmuş Fələstin ərazilərinə qatdı. Amma dünya ictimaiyyəti heç vaxt bu qatılmanı rəsmən tanımadı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da bu məntəqəni işğal olunmuş məntəqə adlandırıbdır.