Mart 25, 2019 19:02 Asia/Baku
  • Sel nəticəsində Əfqanıstanda yüzdən çox insan həlak olub

Əfqanıstanın müxtəlif məntəqələrində sel nəticəsində yüzdən çox insan həlak olub.

Əfqanıstan fövqəladə hallar nazirinin proqramlaşdırma üzrə müavini Mohəmməd Qasem Heydəri bildirib ki, cari mart ayının əvvəlindən bugünədək davam edən sel nəticəsində bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən Hərat və Fərah vilayətlərində 104 nəfər ölüb, 237 nəfər də yaralanıbdır.

Sel nəticəsində Əfqanıstanın müxtəlif məntəqələrində on səkkiz min ev də tam və ya nisbi şəkildə dağılıbdır.