Apr 10, 2019 18:20 Asia/Baku
  • ABŞ-ın İranın xəbərdarlıqları qarşısında geri addım atması
    ABŞ-ın İranın xəbərdarlıqları qarşısında geri addım atması

İran İslam Respublikasının ABŞ-ın Asiyanın qərbiindəki qüvvələrini terrorçu hesab edəcəyini elan etməsindən cəmi bir gün sonra ABŞ-ın Müdafiə Nazirliyi İranın ABŞ üçün təcili təhdid hesab olunmadığını elan etdi.

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqon-un sözçüsü Rebeka Rebariç dedi: Pentaqon yaxınlaşmaqda olan təhlükə hesab etmir.

Bundan öncə və İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adının ABŞ Dövlət Departamenti tərəfindən terrorçu qruplar siyahısına daxil edilməsi zamanı İran buna reaksiya olaraq ABŞ-ın Asiyanın qərbindəki komandanlıq mərkəzi CENTCOM və onun tabeliyindəki qüvvələri terrorçu hesab edəcəyini bildirdi.

ABŞ-ın bir ölkənin hərbi-müdafiə strukturunu terrorçu elan etmək kimi qeyri-adi rəftarının İran tərəfindən oxşar formadan cavablandırılmasından doğan nigaranlıq belə bir mövqeyin nümayiş etdirilməsinə səbəb oldu. Bu nigaranlığın səbəbi ABŞ-ın regiondakı bazaları və hərbçilərinin İranın nüfuz dairəsində olması və hər an Sepah-a qarşı düşmənçiliyə əsaslanan rəftarın İran tərəfindən ən ağır formada cavablandırılması ehtimalının olmasıdır. Aydın məsələdir ki, ABŞ prezidenti Donald Trampın da etiraf etdiyi kimi bu ölkənin indiyə kimi İraq və Əfqanıstan müharibələrinə xərclədiyi 7 trilyon dolların da bu ölkəyə heç bir faydası olmayıb.

Teqlər