Apr 21, 2019 11:54 Asia/Baku
  • Amerika Həftər qüvvələrinin Liviyadakı hərəkətlərini himayə edib
    Amerika Həftər qüvvələrinin Liviyadakı hərəkətlərini himayə edib

ABŞ Dövlət Departamenti Liviya döyüşlərində Xəlifə Həftərə dəstək verərək, bildirib ki, Vaşinqtonun nöqteyi-nəzərincə, o, terrorizmlə mübarizədə və Liviyanın neft mənbələrinin müdafiəsində mühüm oynayır.

ABŞ Dövlət Departamenti dünən bir bəyanatda Liviya döyüşlərində Liviya milli ordusu adlı qüvvələrin komandanı Xəlifə Həftərə dəstək verərək, iddia edib ki, Vaşinqton səbatlı, müttəfiq və demokratik bir Liviya istəyir.

ABŞ Dövlət Departamenti bu bəyanatda Liviya xalqından istəyibdir ki, siyasi yola qayıtsın və icazə versin ki, Xəlifə Həftər bu ölkənin siyasi gedişatında mühüm bir rol oynasın.

Liviya milli ordusu adlı qüvvələrin komandanı Xəlifə Həftər aprelin dördündə Ərriyada birneçəgünlük səfərdən və Ərəbistan başçıları görüşlərdən sonra Liviyanın paytaxtı Tripoliyə hücum etdi.

Bu hücumlarda indiyədək 18-i mülki olmaqla 205 nəfər ölüb, 900-dən çox insan yaralanıb, təqribən 19 min nəfər də didərgin düşübdür.

Minlərlə nəfər cümə günü Liviyanın paytaxtı Tripolidə aksiya keçirərək, öz ölkəsinə qarşı xarici müdaxilələri və general Xəlifə Həftər qüvvələrinin hücumlarını pislədi.

Teqlər