May 05, 2019 09:46 Asia/Baku
  • üçlüyü ABŞ-ın İranla yeni nüvə ədavətinə reaksiya veriblər
    üçlüyü ABŞ-ın İranla yeni nüvə ədavətinə reaksiya veriblər

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi və Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri birgə bəyanatda Amerikanın İranla bağlı nüvə istisnalarını uzatmamasından təəssüf və nigarançılıq ifadə ediblər.

Federika Moqerini Amerikanın İranla bağlı nüvə istisnalarını uzatmaması ətrafında Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri ilə birgə bəyanat yayaraq, vurğulayıb ki, nüvə sanksiylarının götürülməsi nüvə anlaşmasının əsas hissəsidir.

Bəyanatda deyilir: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən 14 dəfə təsdiq olunmuş nüvə anlaşması nəticə verib və hədəfləri həyata keçibdir.

Bəyanatda sonra deyilir: Biz də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin dəfələrlə təsdiq etdiyi kimi İranın nüvə anlaşmasına ardıcıl şəkildə sadiq qaldığını təsdiq edirik.

Avropa Birliyi və Avropa üçlüyü özlərinin müştərək bəyanatlarında vurğulayıblar ki, öz avropalı şərikləri ilə yanaşı, səylərin, o cümlədən İranla qanuni ticarətin davam etdirilməsi üzrə "İNSTEKS" maliyyə mexanizminin icra edilməsinin izlənilməsində əzmkardırlar.

Teqlər