May 09, 2019 10:55 Asia/Baku
  • Fransa: Nüvə anlaşması qarşısındakı öhdəliklərimizə sadiqik

Fransanın Xarici İşlər Nazirliyi İranın nüvə anlaşması qarşısındakı bəzi öhdəliklərini azaltmasına reaksiya olaraq, Parisin İran ilə nüvə anlaşmasının tam formada icra edilməsində qətiyyətli olduğunu bildirdi.

Fransanın xarici işlər nazirliyi çərşənbə günü bu ölkənin İranın maliyyə və ixracat kanallarının açıq qalmasına dair səylərə sadiq olduğunu vurğuladı. 

Fransanın Xarici İşlər Nazirliyi əlavə etdi: Paris İranın nüvə anlaşmasına dair elan etdiyi yeni durumdan nigaranlıq edir və gərginliyin artırılmasına yol verilməməsini istəyir. 

İranın Ali Milli Təhlükəsizlik Şurası dünən bir bəyanat yayaraq Tehranın çərşənbə günündən etibarən nüvə anlaşması çərçivəsində bəzi öhdəliklərin icrasını dayandırmasından xəbər verərək, nüvə anlaşmasında qalan ölkələrə xüsusilə maliyyə və neft məsələləri qarşısındakı öz öhdəliklərinə əməl etmələri üçün 60 gün fürsət verdi. 

Teqlər