May 24, 2019 12:14 Asia/Baku
  • Liviyanın paytaxtı hava hücumlarının hədəfində
    Liviyanın paytaxtı hava hücumlarının hədəfində

Xəlifə Həftərə bağlı Liviya Milli Ordusu adlı silahlı qüvvələr paytaxt Tripoliyə hücumlarının davamında şəhərə havadan zərbələr endiriblər.

Əl-Cəzirə telekanalı cümə axşamı bildirdi: Liviyanın Milli Birlik hökuməti Xəlifə Həftərin başçılıq etdyi qüvvələrin paytaxt Tripolinin cənub-şərqində yerləşən Rəbi vadisinə qarşı hücumlarının önlənilməsindən xəbər verib. 

Bu əməliyyatla bağlı əlavə məlumat verilməyib. 

Tripoli uğrunda savaş Xəlifə Həftərin başçılıq etdiyi qüvvələrin 4 apreldə paytaxta hücum etməsi ilə başlandı. 

Bu arada Xəlifə Həftər çərşənbə günü Parisdə Fransa prezidenti Emanuel Makron ilə görüşdə atəşkəs üçün münasib zamanın olmadığını deyib. 

Paris iki həftə öncə də Liviyanın Milli Birlik hökumətinin başçısı Faiz Siracı qəbul etmişdi. 

Liviya Milli Ordusu ölkənin şərqinə nəzarət edir və 4 apreldə general Həftərin başçılığı altında paytaxt Tripoliyə qarşı hücumlara başlayıb. Bu hücumlarda indiyə kimi minlərlə nəfər ölüb və yaralanıb. 

Teqlər